"Diqqət uşaqlar!" adlı maarifləndirici tədbir

“Diqqət uşaqlar!” adı altında elan edilmiş hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində 1 nömrəli UGSM 54 nömrəli tam orta məktəb ilə birgə “Yol hərəkət qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirib. Məqsəd uşaqlara kiçik yaşlardakı hərəkət qaydalarını öyrətmək və yol nəqliyyat hadisələrinin sayını azaltmaqdır. Tədbirdə Bakı şəhər Polis İdarəsinin baş leytenantı Pərvanə Muradova , Nəsimi Rayon Polis İdarəsinin 19 bölməsinin “Yetkinlik yaşına çatmayanlar üzrə inspektoru” kapitan Əhməd Zeynalov , 1 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, 54 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagird heyəti iştirak ediblər.