"Uşaq hüquqları aylığı"na həsr edilmiş silsilə tədbirlər keçirilib

BMT-in Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin dahada yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Huquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 20 oktyabr-20 noyabr 2016-cı il tarixlərində republikamızda "Uşaq Hüquqları aylıgı" elan edilmişdir. Bununla əlaqədar, aylıq çərçivəsində məktəbimizdə müxtəlif tədbirlər-dəyirmi masa, şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuş, seminarlar keçirilmiş və şagirdlərin iştirakı ilə kompozisiya təşkil edilmişdir. "Uşaq Hüquqları aylıgı" ilə əlaqədar olaraq 15 noyabr 2016-cı il tarixdə məktəbin akt zalında şagirdlərimizin ifasında şeirlər, mahnılar səslənmiş, səhnəcik göstərilmişdir. Tədbirin sonunda uşaqlarımız dünyanı sülhə çagıraraq sülh rəmzi olan göyərçinləri havaya uçurtdular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi