"Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirilmişdir

Noyabrın 8-də məktəbimizdə 9 Noyabr Dövlət Bayrağı gününə həsr olunmuş "Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirilmişdir. Üç rəngli bayrağımızın yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verilmiş, şagirdlərin ifasında mahnı və şeirlər səsləndirilmişdir. Tədbirdə 2 d və 3 a sinif şagirdləri fəal iştirak etmişlər.