Məktəbimizdə "Ekstremizmə yox de" adlı tədbir keçirilib

54 nömrəli tam orta məktəbdə 26.10.2016 -cı il tarixində "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin iştirakı ilə "Ekstremizmə yox de! Dini radikallıq, ekstremizmin mənfi təzahürlərinin qurbanı olmuş şəxslərin psixo-sosial sağlamlığının bərpasına dair tədbirlər" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbir sözügedən mərkəzin eksperti Əhməd Mansurov tərəfindən aparılmışdır. Tədbirdə 30 nəfər yuxarı sinif şagirdi və müəllimlər iştirak etmişlər. Sonda çay süfrəsi arxasında şagirdlərlə söhbət davam etdirilmişdir.