Müstəqilliyimiz əbədi olsun

18 oktyabr 2016-cı il tarixində Bakı şəhəri 54 nömrəli tam orta məktəbdə "Müstəqilliyimiz əbədi olsun" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 25 illiyinə həsr olundu. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması istiqamətindəki misilsiz xidmətlərindən, Heydər Əliyevin dərin siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərindən danışıldı. Tədbirdə məktəbimizin şagirdləri tərəfindən şeir və mahnılar səsləndirildi.