21 Fevral Beynəlxalq Ana dili Günü

 21 Fevral Beynəlxalq Ana dili günü münasibəti ilə 54 nömrəli tam orta məktəbin Nizami Gəncəvi adına Uşaq Ədəbiyyatı Institutu ilə birgə əməkdaşlığı çərçivəsində tədbir keçirildi.

Tədbirdə iştirak edən qonaqlar arasından Milli Elmlər Akademiyasının Vitse Prezidenti, Nizami Gəncəvi adına Uşaq Ədəbiyyatı Institutunun rəhbəri Akademik İsa Həbibbəyli, şöbə müdiri Elnarə Akimova və digər elmi işçilər, məktəbin Azərbaycan dili müəllimi Rəfiqə Hüseynova çıxış etdi.

Tədbirin gedişatı, Kiçik Akademiyanın fəaliyyəti barədə məktəbin direktoru Sahibə xanım Abbasova çıxış etdi, gələn qonaqlara təşəkkürünü bildirdi.

 Məktəbin Kiçik Akademiya üzrə Humanitar bölmə şagirdləri qonaqlar  qarşısında müxtəlif səhnəciklər, mahnı və şeir nümunələri ilə  çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi