Zərərli vərdişlər və onların fəsadları
"Zərərli vərdişlər və onların fəsadları" mövzusunda məktəbin psixoloqu Pəri Nağızadə VIII sinif şagirdləri ilə dəyirmi masa keçirmişdir. Şagirdlərə videotəqdimat nümayiş etdirilmiş, bukletlər paylanılmışdır. Mövzu ilə bağlı şagirdlərə məlumat verilmiş, "Özümüzü necə qoruyaq ki, narkoman olmayaq?", "Ətrafımızdakılara necə kömək edək?" , "Zərərli vərdişlərlə bağlı necə düzgün maariflənək?" kimi sualların ətrafında fikir mübadiləsi aparılmışdır.