Yol Hərəkəti Təhlükəsizliyi
AMAQ, FIA və 1 nömrəli UGIM birgə təşkilatçılığı ilə Avropa Yol Hərəkəti Təhlükəsizliyi üzrə onlayn maarifləndirmə təlimi keçirilib. Təlimdə 54 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Yol Hərəkəti Qaydaları dərnəyinin üzvləri: 4 “a” və 4 “b” sinif şagirdləri Abışlı Aqil, Ilyaslı Nahid, Məmmədəlizadə Mələk, Zeynallı Aişə, Ağayev Abbas da iştirak edib. Təlim zamanı məktəblilər təqdim olunan viktorinanın suallarını cavablandırıb, velosipedin idarə olunması ilə bağlı oyunlar oynayıblar. Uşaqlar əvvəlcədən onlara verilən materiallardan istifadə edərək çantalarına taxmaq üçün qaranlıqda daha yaxşı görünmələrini təmin edən işıq əks etdirici asılqanlar düzəldiblər.
Təlimin keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarını öyrətməkdir