8 Noyabr - Zəfər günü
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27- dən etibarən başladığı 44 günlük zəfər yürüşündə inanılmaz uğurlar, qələbələr qazanaraq yeni tarix yazmış oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımız öz azadlığına qovuşdu.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Məktəbdə də Zəfər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Nəsimi RİH başçısının I müavini Gülarə xanım Verdiyeva, Səfərbərlik xidmətindən mayor Füzuli İsmayılov, mayor Namiq Hüseynov, mayor Ramiq Soltanov, mayor Bəhruz Hüseynov, Nəsimi rayonu ərazisində yaşayan şəhid ailələri, məktəbin şəhid məzunlarının ailə üzvüləri, qazilər, müəllimlər, valideynlər iştirak edirdi.
Tədbir şagirdlərin hazırladıqları kompazisiyalar, rəqslər, şeir və musiqi nömrələri ilə daha da rəngarən davam etdi.
Tədbirdən sonra məktəbin həyətyani ərazisində “Zəfər bağı” adlı ağacəkmə aksiyası keçirildi.