Bilik yarışı
Bu gün VIII – XI sinif şagirdləri arasında fənn olimpiadalarının məktəb turu keçirildi.
Şagirdlər Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, kimya, biologiya, fizika, coğrafiya, tarix və informatika fənlərindən onlara təqdim olunan suallarla özlərini sınadılar.
Məktəb turunda nəticələri müsbət olan şagirdlər şəhər turunda iştirak hüququ qazandılar.