27 Sentyabr - Anım günü
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.
27 Sentyabr Anım Günü münasibətilə məktəbdə tədbir keçirilib.Tədbirdə məktəbin direktoru, tarix və ədəbiyyat müəllimləri çıxış edərək 44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin qürulu həyat yollarından söz açıblar. Tədbir şagirdlərin hazırladığı şeir və videoçarxlarla davam edib.