Bu həftəki səyyar qəbulun yeri məlum olundu.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.Qeyd edək ki, növbəti səyyar qəbul mayın 27 – də keçiriləcəkdir. 54 saylı məktəbdə keçiriləcək səyyar qəbula Nəsimi və Binəqədi rayonlarının məktəblərinin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllim və valideynləri müraciət edə bilərlər.Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrənilir, problemli məsələlər həll edilir və lazımi təşkilatı və maarifləndirmə tədbirləri görülür.