Bakı şəhəri 54 nömrəli tam orta məktəbdə "28 MAY RESPUBLİKA GÜNÜ"-nə həsr edilmiş tədbir keçirilmişdir.
Bakı şəhər 54 nömrəli tam orta məktəbdə "28 MAY RESPUBLİKA GÜNÜ"-nə həsr edilmiş tədbir keçirilmişdir.Məktəbin şagirdləri tərəfindən hazırlanmış tədbir böyük coşqu ilə qarşılandı.Tədbirdə Nəsimi rayon icra hakimiyyətinin başçısı cənab Asif Əsgərov,müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin böyük məsləhətçisi Böyükağa Əhmədov ,Metodiki mərkəzin müdiri Vahid Qurbanov, Nəsimi- Binəqədi Xidmət Bölməsinin rəhbəri Aydın Qarayev ,metodistlər, Nəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərinin direktorları və valideyinlər iştirak etmişdilər.Tədbirdə şagirdlərin iştirakı ilə ədəbi bədii kompozisiya təqdim edilmişdir.Tədbirdən əvvəl məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.Şagirdlər canlı rəsm nümunələrini nümayış etdirmişlər.Tədbirin sonunda Nəsimi rayon icra hakimiyyətinin başcısı cənab Asif Əsgərov və BakıŞəhər Təhsil İdarəsinin əməkdaşi şıxış edərək öz təbriklərini çatdırdılar.