Məişət zorakılığı dövlətin və cəmiyyətin ortaq problemidir
"Məişət zorakılığı dövlətin və cəmiyyətin ortaq problemidir" mövzusunda məktəbin psixoloqu Pəri Ismayılova 7-ci sinif şagirdləri və valideynləri ilə görüş keçirdi. Görüşdə zorakılıq və onun psixoloji səbəbləri, nəticələri, zorakılığın növləri haqqında şagird və valideynlərə məlumat verildi. Şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənildi, həmçinin "zorakılığa qarşı hansı tədbirləri görə bilərik?", "məişət zorakılığı nədir ?", "zorakılığın kökündə hansı səbəblər yatır?" kimi suallar müzakirə edildi.
Görüş də məktəbin direktor müavini Gülər Cəfərova və bir sıra fənn müəllimləri də iştirak etdi.