Risk qrupuna daxil olan təhsil alanlarla bağlı görüş
Məktəbin pedaqoji kollektivi ilə risk qrupuna daxil olan təhsil alanlarla bağlı görüş keçirilmişdir. Görüş zamanı məktəb rəhbərliyi, məktəbin psixoloqu, sinif rəhbərləri və fənn müəllimləri risk qrupuna daxil olan təhsil alanlarla bağlı görülmüş işləri müzakirə etmiş, daha hansı tədbirlərin görülə biləcəyini müəyyənləşmişdirlər.
Məktəb kollektivi olaraq mövcud vəziyyətin şagirdlərin psixoloji durumuna necə təsir göstərdiyini, gələcəkdə onlarda daha hansı çətinliklərin yarana biləcəyi kimi məsələlər müzakirə olunmuşdur. Risk qrupuna daxil olan şagirdlərin mövcud durumda distant təhsilə cəlb edilməsi ilə bağlı müəlimlər öz təcrübələrini bölüşdülər.