Azərbaycan gəncləri narkotikə yox deyir
Nəsimi rayon Polis İdarəsinin təşkilatçılığı ilə məktəbimizdə "Azərbaycan gəncləri narkotikə yox deyir.” adlı geniş maarifləndirici tədbir keçirildi.
Tədbirin əsas məqsədi IX-XI sinif şagirdləri arasında maarifləndirmə işlərinin aparılması idi. Tədbirdə Nəsimi rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İş şöbəsinin müdiri Firdovsi Əsədli və idarənin digər əməkdaşları, Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar mərkəzi”-nin həkimi Pərvin Quliyeva, məktəbin direktoru Sahibə Abbasova, şagird və müəllimlər iştirak edirdi.
Tədbirdə çıxış edən natiqlər uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğunu bildiriblər.
Tədbirdə narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub.