Nəsimi Rayon,məktəblər arasında "Şahinlər" hərbi idman və turizm oyunlarının final mərhələsi keçirilib

Nəsimi rayonunda “Şahinlər” hərbi- idman və turizm oyunlarının rayon üzrə final mərhələsi 54 saylı tam orta məktəbdə keçirilib. Yarışlarda rayonunun 26 orta ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi iştirak edib.Nəsimi Rayon icra hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən ”Şahinlər” hərbi -idman oyunlarında məqsəd böyüməkdə olan gənc nəsli yükəsk hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, eləcə də onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. Final yarışlarının açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısı Asif Əsgərov yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi