Şəhidlər xiyabanına ziyarət
Bakının ən uca yerində bir xiyaban var - Şəhidlər xiyabanı. Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımız uyuyurlar. Ilham və Fərizə cütlüyü, Çingiz Mustafayev, Ceyran Abdullayeva, Alı Mustafayev, Məlahət Nəsibova... And yerimizə çevrilən bu müqəddəs məkan Vətənin şəhid övladlarının ilk dəfə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının küçələrində törədilən dəhşətli faciədən sonra ağuşuna aldı. Qanlı 20 Yanvarda şəhərimizdə tarixin şahidi olmadığı müsibətlər yaşandı.
Məktəbimizin şagirdləri tarix müəllimi Kəmalə Atakişiyevanın rəhbərliyi ilə Şəhidlər xiyabanını ziyarət etdi və daha sonar məktəbdə 20 Yanvar hadisələrinə həsr olunmuş dəyirmi masada iştirak etdilər.