Qanlı Yanvar

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə  gedən döyüşlərdə yüzlərcə igid övladlarımız uca şəhidlik zirvəsinə yüksəlmişdir. Onları bir amal birləşdirirdi: “Biz gəldi-gedərik, təki vətən yaşasın!”

54 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Eynalova Təranənin rəhbərliyi ilə “Qanlı Yanvar” adlı tədbir keçirildi.

 Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıldı. Məktəblilərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edildi.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, bayatılar söylədilər, “Dədə Qorqud” filmindən  “Dustaq oğulun anası ilə son görüş səhnəsi” və başqa ədəbi-bədii kompozisiyalar təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi