Valideynin məktəbdə bir günü
13.12.2019-cu il tarixdə 54 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü ” adlı tədbir keçirildi. Tədbirin keçirilməsinin əsas məqsədi müəllim-valideyn, məktəb-valideyn münasibətlərinin şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, məktəblə valideyn arasında ünsiyyət mühitini formalaşdırmaqdan ibarətdir.
İlk öncə məktəbin direktoru Sahibə xanım Abbasovanın təqdimatında tədbirin rəsmi açılışı oldu. Məktəbin son 10 ildəki fəaliyyətini, şagirdlərin uğur və naliyyətlərini əks etdirən təqdimat izlənildi.
Daha sonra tədbirin proqramına əsasən dərs müşahidələri, valideyn üçün seminar dərs müzakirəsi, ümumitəhsil müəssəsi ilə tanışlıq və bədii hissə təşkil olundu.