Pedaqoji heyyətin növbəti iclası keçirildi

2024-cü ilin fevral ayının 2-də Pedaqoji şuranın növbəti 4-cü iclası keçirilib.
İclasda geniş məruzə ilə çıxış edən məktəbin direktoru Qabil Nəsibov 2023/2024-cü tədris ilində I yarımilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə edib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimati məktubu pedaqoji şura üzvlərinin nəzərinə çatdırılıb, rəhbərlik və icra üçün qəbul edilib. Direktor müavinlərinin sinif və elektron jurnallarının işlənməsi, təlim tərbiyə prosesinin tənzimlənməsi, təlim nailiyyətlərinin təhlili üzrə məruzələri, sinifdənxaric və dərsdənkənar tərbiyə işi üzrə təşkilatçının şagird davranış qaydalarının tətbiqi vəziyyəti haqqında məruzəsi, məktəb psixoloqunun məktəbdə mövcud psixolji-emosinal vəziyyətin tənzimlənməsi və prosesə valideynlərin cəlb edilməsi üzrə məruzəsi dinlənilib. Şagirdlərin daha çox müsabiqə və layihələrdə iştiraklarına maraq yaratmağın yolları və cari məsələlər müzakirə edilib. Sonda 2 Fevral Gənclər Günü münasibətilə fəaliyyətləri ilə fərqlənən gənc müəllimlər mükafatlandırılıb.