Pedaqoji Şuranın növbəti iclası keçirildi

M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının 20.11.2023-cüi il tarixldə növbəti iclası keçirildi. İclasda Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 11 sentyabr 2023-cü il tarixli əmrinin 2023-cü ilin payız tətilinədək olan dövr ərzində məktəb kollektivi tərəfindən icra vəziyyəti müzakirə olundu. İclasda bu dövrdə ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsində, şagirdlərin qiymətləndirilməsində, sağlamlığının, təhlükəsizliyinin qorunmasında mövcud olan çatışmazlıqlar, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində valideyinlərlə sıx əməkdaşlığın təmin edilməsi ilə bağlı görülmüş işlər, şagird davamiyyətinin qeydiyyat və hesabatlılığının vaxtında düzgün aparılmasının təmin edilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında qərarlar qəbul edildi.