“Valideynin məktəbdə bir günü” tədbiri keçirildi

Məktəbdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində XI sinif şagirdlərinin valideynləri ilə birgə “Valideynin məktəbdə bir günü” tədbiri keçirildi. Məqsəd valideynləri  övladlarının təhsil aldıqları M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəb ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək idi. Sonda məktəbin işindən, verilən təhsilin keyfiyyətindən razı qaldıqlarını deyən valideynlərin sözlərinə görə, iştirak etdikləri dərslərdən, məktəbdə keçirdikləri vaxtdan  böyük  zövq alıblar. Valideynlər məktəblə, məktəb isə valideynlərlə əməkdaşlıqdan çox məmnun oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi