Tələbə adını qazanmış Yasamal məktəbliləri təltif edildi

Yasamal rayonunda ötən tədris ilini yüksək qiymətlərlə başa vuraraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Tədbirdə 52 nömrəli tam orta məktəbin məzunu Gözəl Fatimə iştirak edib. Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova yüksək nəticə əldə etmiş tələbələri təbrik edərək onların həyatında yeni mərhələnin başladığını bildirdi. Daha sonra cıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli  tələbə adını qazanmış şəxsləri təbrik etdi və onlara təhsildə uğurlar arzu etdi. Tədbrin sonunda tələbə adını qazanan bütün məzunlara hədiyyələr verildi, 650-dən yuxarı bal toplayan tələbələr isə həm də xüsusi fəxri fərmanlarla təltif olundular.

Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi