“Son zəng” tədbiri keçirilib

M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbdə iyunun 14-də “Son zəng” tədbiri keçirilib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, müəllim-şagird kollektivi, valideynlər iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qabil Nəsibov məktəbin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. O, məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq, bu günün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu qeyd edib məzunlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb.

 

            Çıxış edən digər qonaqlar və direktor müavinləri də məzunlara xoş arzularını bildiriblər.

Tədbir şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi