Sertifikasiya öncəsi müəllimlərlə görüş keçirildi

   Məktəbdə riyaziyyat, ingilis və rus dili fənn müəllimlərinin sertifikasiyada iştirakını təmin etmək və onlara psixoloji dəstək vermək məqsədi ilə görüş keçirildi. Görüşdə məktəb rəhbəri Tərlan Bayramova,Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Hüseynova və məktəbin psixoloqu Nəzakət Babayeva iştirak edərək sertifikasiya nəticəsinin təhsilin keyfiyyətinə və təhsilverənlərin karyera inkişafına müsbət təsiri barədə söhbət apardılar. Bu səbəbdən də görüşdə iştirak edən fənn müəllimlərinə sertifikatlaşdırma prosesində fəal iştirak etmələri və imtahana daha ciddi yanaşmaları tövsiyə olundu. Daha sonra müəllimləri maraqlandıran suallar cavablandırıldı, onlara imtahan və müsahibə mərhələsinin məzmunu , sual sayı , bölmələr və mövzular barədə məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi