Məktəbdə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

   Məktəbdə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və şagirdlər iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Daha sonra ədəbiyyat fənn müəllimi Aynurə Abbasovanın rəhbərliyi ilə istedadlı şagirdlərin ifasında hazırlanan ədəbi-bədii kompozisiya nümayiş olundu, mövzuya həsr olunmuş video-çarx izlənildi. Sonda məktəbin direktoru Tərlan Bayramova çıxış edərək bu dəhşətli soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi