Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

   Məktəbdə Fəaliyyət Planına əsasən "Dünya Azərbaycanlılarının Həmrəylik Günü " qeyd olundu. Tədbiri məktəbin direktoru Tərlan Bayramova açaraq "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü " və "Yeni il" münasibəti ilə müəllim və şagirdləri təbrik etdi və yeni ildə hər kəsə uğurlar arzuladı. Daha sonra təşkilatçı Səadət Alışova və Rus dilli fənn metodbirləşməsinin rəhbəri Xeyransa Mirqasımovanın birgə təşəbbüsü ilə hazırlanmış "Qış nağılı" adlı şənlik keçirildi. Şənlikdə rəngarəng musiqili çıxışlar və bədii kompozisiyalar nümayiş edildi, Şaxta baba və Qar qızın gəlişi şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi