Tarixdə bu ay

   2023-cü il “Heydər Əliyev ili” elan olunması münasibətilə məktəb kitabxanası olaraq ilin əvvəlindən keçirilən tədbirlərə “Heydər Əliyev tarixi epizodlarda ” adlı konfransla start verilmişdi. Qeyd edək ki, bu konfransda Bakı şəhərinin 10-dan çox orta məktəbləri iştirak etmişdi. Tədbirlər Planının davamı olaraq məktəbdə 08.11.2023 – cü il tarixdə kitabxananın təşəbbüsü ilə “Tarixdə bu ay” adlı intellektual yarış keçirildi. Bakı şəhərinin bir çox məktəblərinin iştirak etdiyi bu yarışın əsas məqsədi Heydər Əliyev irsinin şagirdlərə dərindən mənimsədilməsi idi . Yarışda iştirak edən Səbail rayon 51 N-li , 239 N-li, 50 N-li tam orta məktəblərin, 49 N-li Məktəb litseyin, 2 N-li Texniki Humanitar litseyin , Nizami rayonu 227 N-li tam orta məktəbin qalib komandaları diplom və təşəkkürnamə ilə təltif olundular. Keçirilən intellektual yarışın nəticələrinə əsasən 51 –Nli məktəbin komandası I yer, Nizami rayon 227 –N li məktəbin komandası II yer, 239 N –li məktəbin komandası III yerin qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi