Məktəbdə bilik yarışı keçirildi

   Məktəbin Fəaliyyət Planına əsasən, Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Muradovanın təşəbbüsü ilə Ümummilli  Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə VI siniflər arasında “Azərbaycanın fəxri” bilik yarışı keçirildi. Bilik yarışında Direktor Tərlan Bayramova , müavinlər: Şəhla Hüseynova, Kifayət Məmmədova, təşkilatçı Səadət Alışova, UBTR Tofiqə Məcidova, psixoloq Nəzakət Babayeva və fənn müəllimləri iştirak etdilər . Altı komandanın iştirakı ilə təşkil olunan yarış 5 mərhələdə davam etdi. Sonuncu mərhələdə 6 E birinci, 6 B ikinci, 6 D sinfi üçüncü yerə layiq görüldü. Qaliblər və digər iştirakçılar sertifikatlar və medallarla təltif olundular. Sonda məktəb direktoru Tərlan xanım Bayramova çıxış edərək qalibləri təbrik etdi, onlara yeni –yeni uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi