Zəfər Azərbaycana yaraşır

  Məktəbdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin 24.10.2023-cü il tarixli 3-29-59/3-2F-387nömrəli əmrinin I bəndinə əsasən "Zəfər Azərbaycana yaraşır!" adlı tədbir təşkil olundu.  Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra tarix fənn müəllimi Sevda Adıgözəlovanın təşəbbüsü ilə şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş edildi, rəqs və musiqilər ifa olundu. Tədbirdə məktəb kollektivi, valideynlər və məktəbin məzunu, Vətən müharibəsi iştirakçısı Gəncəli Nəcməddin Məhərrəm oğlu iştirak etdi. Sonda direktor Tərlan Bayramovanın çıxışı dinlənildi, fəxri məzunla xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi