Qəhrəman məzun yad olundu

   Məktəbdə şəhid Murad Qurbanovun əziz xatirəsi anıldı . "Qəhrəman məzun" adlı anım tədbirində   Murad Qurbanovun anası Mehriban xanım Əmrahova, məktəb rəhbərliyi və şəhidin adını daşıyan I "A" sinif  şagirdləri iştirak etdilər. Dövlət Himni ilə başlayan tədbirdə Vətən uğrunda şəhadətə ucalmış qəhrəmanların xatirəsi  bir dəqiqəlik sükutla yad olundu. Daha sonra sinif şagirdlərinin  vətənə məhəbbət mövzusunda  söylədikləri şeirlər və ifa etdikləri mahnılar dinlənildi. Sonda Murad Qurbanovun keçdiyi həyat yolu  haqqında video-çarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi