Mülki Müdafiə Gününə həsr olunmuş viktorina və məşğələlər keçirildi

Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi barədə” 1998-ci ilin 25 sentyabr tarixli 193 saylı Qərarının tələblərinə müvafiq olaraq Səbail rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi 2025-ci il üçün təqvim plana, məktəbin 2025-ci il  MM tədbirlər planına əsasən C.Əskərov adına 50 nömrəli tam orta məktəbin 2-5-ci siniflərində fövqəladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədilə baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi barədə maarifləndirici məlumatlar verilmiş və məşğələlər keçirilmişdir. 6-cı sinifdə isə Mülki Müdafiə Gününə həsr olunmuş Viktorina keçirilmişdir. Viktorinada 5 komanda: "Dünya", "Günəş","Qələbə","Uğur" və "Zəfər" mübarizə apardılar. Sonda qalib "Dünya" komandasına  məktəb rəhbərliyi tərəfindən hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi