“Bullinq və onun qarşısının alınması”

Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Bütün bunların qarşısını vaxtında almaq üçün cari tədris ilinin noyabr ayında Bakı şəhəri 5 №-li tam orta məktəbdə “Bullinq və onun qarşısının alınması” istiqaməti üzrə geniş maarifləndirmə işi aparıldı. Belə ki, valideyn iclaslarında valideynlərə, sinif təşkilat saatlarında şagirdlərə, həmçinin pedaqoji şura iclasında müəllim heyyətinə video çarx ”Mənimlə danış” və Bullinqlə bağlı təqdimat işi nümayiş etdirildi.
Yadda saxlamaq lazımdır ki, hətta ən xırda aqressivlik təzahürünə qarşı göz bağlamaq olmaz, çünki yalnız ümumi səyləri birləşdirməklə və vaxtında ona diqqət yönəltməklə vəziyyəti araşdırmaq olar.