Səməd Vurğun ev muzeyində dərs

5 noyabr tarixdə məktəbin ana dili və ədəbiyyat müəllimi Sədaqət Əsədovanın rəhbərliyi altında 7 b sinfinin növbəti dərsi Azərbaycanın Xalq şairi Səməd Vurğunun ev muzeyində keçirildi. Dərs şairin "Azərbaycan" şeirinin təhlilinə həsr olunmuşdu.
Şagirdlər ekskursiya zamanı şairin həyat və yaradıcılığı ilə daha dərindən tanış olmuşlar. "Azərbaycan" şeirindən parçalar söyləyən şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirdilər.