Yarat Müasir İncəsənət Mərkəzinə ekskursiya

30 oktyabr tarixdə məktəbdə fəaliyyət göstərən “Diyarşünaslıq” dərnəyinin rəhbəri Səlimə Allahverdiyeva və 5 l sinif rəhbəri Cəmilə Süleymanova dərnək üzvləri üçün Yarat Müasir İncəsənət Mərkəzinə ekskursiya təşkil etmişdir. Ekskursiya zamanı dərnək üzvləri “Danışır Bakı. 1900-1940 – cı illərdə mədəniyyətin izi ilə.” adlı sərgi ilə tanış olmuş, intellektual əyləncəli oyunlar oynamışlar. Ekskursiyada sinfin fəal valideynləri də iştirak etmiş və bu ekskursiyadan məmnun qalmışlar.