Daha bir istedad

25 oktyabr tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Komissiyasının təşkil etdiyi “Narkomaniyaya yox deyək” mövzusu çərçivəsində Nəsimi rayon məktəbliləri arasında keçirilən rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Sevindirici haldır ki,qaliblər içərisinə məktəbin 9 c sinif şagirdi Quluzadə Aytac II-ci yerə layiq kimi qatıldı. Bütün qaliblər kimi Quluzadə Aytac da təşkilat komitəsi tərəfindən xüsusi diplomla təltif edildi. Şagirdi qalib olması münasibəti ilə təbrik edir və ona yaradıcılığında uğurlar arzulayırıq.