Şagirdlərimiz “Fibonacci” yarışmasında

26 oktyabr tarixdə 6 nömrəli məktəbdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası “Fibonacci intellektual yarışı”II mövsüm, I oyun keçirildi. “Fibonacci” oyununda Bakı şəhər lisey və orta məktəblərini 20 komanda təmsil edirdi. Məktəbin “Günəş” komandası da bu yarışmada iştirak etdi. Yekun hesabda komandamız qaliblər sırasına daxil olmasa da, öz fəal iştirakı ilə yadda qalmışdır. Növbəti yarışmalarda komandaya uğurlar arzu edirik.