Valideynlərimiz təhsil prosesinin daimi iştirakçılarıdır

2019-2020 –ci dərs ilinin başlanmasından 1 aydan artıq vaxt keçmişdir.  Bu zaman ərəfəsində övladlarının tədris prosesindəki fəaliyyət ilə tanış olub, əldə olunan nailiyyətləri fənn müəllimləri ilə birgə müzakirə etmək,şagirdlərin təhsil prosesindəki intensiv inkişafına nail olub, hər hansı maneəni vaxtında aşkarlayıb, vaxtında dəf etmək məqsədilə 26 oktyabr 2019-cu il tarixdə valideyn iclasları keçirildi. Valideynlərin bu iclasdakı aktivliyi bir daha sübut etdi ki, məktəb – valideyn əməkdaşlığı düzgün və səmərəli qurulmuşdur. İclaslarda valideynlərə cari tədris ilinin əvvəlində şagirdlərlə aparılan diaqnostik yoxlamanın nəticələri və bu nəticələrə uyğun olaraq müəllimlər tərəfindən aparılan fəaliyyət haqqında məlumatlar verildi. Səmərəli və işgüzar səviyyədə keçən bu iclaslarda şagirdin tədris prosesindəki irəlləyişini təmin etmək məqsədilə mühüm və vacib məsələlər müzakirə edilərək qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi