“Mənim Müstəqil Azərbaycanım”

18 oktyabr tarixdə məktəbdə Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 28 –ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirildi.  İlk dərslər “Mənim Müstəqil Azərbaycanım” mövzusuna həsr olundu. Dərslər zamanı Azərbaycanın dünəni və bü günü ilə bağlı geniş fikirlər yürüdüldü.

 

Daha sonra məktəb səhnəsində “Yaşa Müstəqil Azərbaycan” başlığı altında ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə istedadlı şagirdlər doğma vətənimizi tərənnüm edən şeir, rəqs və mahnılar ifa etdilər.  Tədbirin məqsədi şagirdlərdə milli dövlətçilik, onun müstəqilliyi və qürur hissinin inkişaf etdirilməsi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi