“Yeni peşələr müvəffəqiyyətə aparan yoldur”

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə razılaşmaya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Nəsimi Rayon üzrə Mərkəzinin əməkdaşlarının təşkilatçılığı ilə 17 oktyabr tarixdə məktəbdə “Yeni peşələr  müvəffəqiyyətə aparan yoldur” mövüsunda tədbir keçirildi.  Tədbirin məqsədi müasir dövrdə gənclərin maraq və meyillərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işə götürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçimlərinin son dərəcə mühüm əhəmiyyət kəsb etməsidir. Tədbirin qonaqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Nəsimi Rayon üzrə əməkdaşları – böyük məsləhətçi Elgün Əliyev, baş məsləhətçi Səbinə Əliyeva, aparıcı məsləhətçilər  Əli Süleymanzadə, Misir Kərimli idilər. Tədbirin iştirakçıları ayrı-ayrılıqda şagirdlər qarşısında çıxış edərək qeyd etdilər ki, düşünülmüş şəkildə hər bir gəncin bacarığına, marağına uyğun peşə seçməsnə imkan yaradılmalıdır. Keçirilən peşə yönümü tədbirlərinin düzgün təşkili və aparılması xüsusi əhəmiyyətə malikdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi