“Ümumdünya Çörək Günü”

Çörək bütün xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur. Çörək insanın yaşaması, həyatın mövcudluğu üçün birinci şərtdir. Ən böyük andımız, alqışımız həmişə çörəklə bağlı olub.
16 okyabr tarixdə “Ümumdünya Çörək Günü” ilə əlaqədar məktəbin ibtidai siniflərində bu mövzu ilə bağlı təqdimatlar keçirildi. Şagirdlər öz təqdimatlarında çörəyin ərsə gəlməsində keçən ağır yolu bir daha açıqladılar. Çörəyə aid gözəl şeirlər, mahnılar ifa edib, nənələrimizin çörək ənənəsi ilə bağlı adətlərə bir daha qayıtdılar. Tədbirdə atalar sözlərindən istifadə edilib, uşaq ədəbiyyatı incilərindən kiçik səhnələr nümayiş etdirildi.