Məktəbhazırlıq qrupları fəaliyyətə başladı

1 oktyabr tarixdə məktəbdə 2019-2020 - ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında ilk məşğələlərin başlaması ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru N.M.Gündüzlü məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlər haqqında valideynlərə geniş şəkildə məlumat verdi. O qeyd etdi ki, gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçiriləcəkdir.
Tədbir məktəbin istedadlı şagirdlərinin ifası ilə başa çatdı.