VI Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası keçirildi.
28 sentyabr tarixində məktəbin bir qrup şagirdi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkasında iştirak etdilər. Sərgi – Yarmarka zamanı şagirdlər 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evlərinin nəşrləri ilə tanış oldular. Sonda şagirdlər şair- yazıçılarla xatirə şəkli çəkdirdilər.