“Beynəlxalq Sülh günü”

21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh günü” kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə 20 sentyabr 2019-cu il tarixdə məktəbdə “Beynəlxalq sülh günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru N.M.Gündüzlü və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva cıxış edərək Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildiyini diqqətə çatdıraraq qeyd etdilər ki, qüdrətli və güclü orduya malik Azərbaycanın Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çalışır və bütün dünyaya sülhün carçısı olduğumuzu əsaslı dəlillərlə sübut edir. Tədbir məktəbin şagirdlərinin hazırladıqları kompozisiya, mahnı və rəqslərlə davam etdi.