İlk zəng çalındı

Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 16 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. “Bilik günü”nü Bakı şəhəri 5 nömrəli  tam orta məktəbdə də təntənə ilə qeyd edildi. Həmin gün məktəbə ilk dəfə əlinə çanta alan 195 şagird yollandı. “Bilik günü”nə həsr edilmiş tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərminə Gündüzlü ,həmçinin Nəsimi rayon İcra Hakimiyyəti nümayəndəsi Xalid Kərimov şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə etdi. Tədbir şagirdlərin ifasında rəngarəng rəqslər və mahnılarla müşayət olundu.

Məktəbdə ilk dərslər ibtidai siniflərdə “idman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol” X-XI siniflərdə “Azərbaycan inkişaf yolunda” mövzularına həsr olunub.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi