Ənənəvi sentyabr pedaqoji şurası.

Sentyabrın 6-da Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə ənənəvi sentyabr pedaqoji iclası keçirildi. İclasda məktəbin direktoru N.M.Gündüzlü məktəbin keçən tədris ilindəki uğurlarından danışaraq pedaqoji kollektivi yeni dərs ili münasibətilə təbrik edib, yeni dərs ilinə hazırlıqla bağlı geniş məlumat verib, tədrisin keyfiyyətinin yüksəldilməsi,həmçinin məktəbin qarşıda duran məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını qeyd etdi.