Praktiki təlim - 5 nömrəli məktəbdə Fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanıldı

Məktəbdə yanğın zamanı hərəkətlər və təxliyə planına dair praktiki təlim keçirilib.
İyunun 13-də məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Fövqəladə Hallar Nazirliyinin (FHN) və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak edib.
Praktiki hissədə isə məktəblilər qısa müddətdə təxliyə planına uyğun olaraq məktəbi tərk edib, FHN-nin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə yaxından tanış olublar. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.