“Nəsimi qəzəl müsabiqəsi”

İyunun 10-da məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi qəzəl müsabiqəsi”nin final mərhələsinə yekun vurulub.
Tədbirdə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu iştirak edib.
Müsabiqədə “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblər arasından finala vəsiqə qazanmış 8 komanda çıxış edib.
Məktəblilər şairin qəzəllərindən nümunələr ifa ediblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Tədbirdə çıxış edən qonaqlar qalib komandaları təbrik edib, şagirdlərə dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.