Şagirdlərin ifasında tamaşalar

Şagirdlərin asudə vaxtının təşkilində mütaliənin xüsusi rolu var. Bunun üçün  şagirlərdə ədəbiyyata, şair və yazıçıların yaradıcılığına böyük maraq oyatmaq məktəbin ümdə borcudur.

Məhz bunu əsas götürərək məktəbdə bu istiqamətdə müxtəlif fəaliyyət növləri həyata keçirilir. Bunlardan biri də ədiblərimizin əsərlərinin şagirdlər tərəfindən səhnələşdirilməsidir. 

N. V. Qoqolun “Müfəttiş” əsərindən sonra növbəti belə tamaşa Cəlil Məmmədquluzadənin yaradıcılığından oldu. Şagirdlər yubilyarın  “Poçt qutusu” əsərinə müraciət edib, öz səhnə mədəniyyətlərindən və bacarıqlarından istifadə edərək hər kəsin marağına səbəb olan obrazları yaratdılar.  Azərbaycan dili və ədəbiyyat müəllimi N.İradə və 5-ci sinif şagirdlərinin əməyi seyiricilər tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi